Paşinyan bu rayondan imtina etdi

“Paşinyan Ermənistanı KTMT və Aİİ-dən, Rusiya hərbi bazasını isə ölkəmizdən çıxaracaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Sevak Akopyan deyib.

“Etiraf etməliyik ki, Paşinyan bütün dediklərini ardıcıl olaraq həyata keçirir. Təbii ki, söhbət onun illərdir öz seçicilərinin başını aldatdığı ucuz və populist vədlərdən getmir. Söhbət onun daxilindəki ideyalarından gedir. Paşinyan Qarabağı əlavə yük hesab etdi, ordunu təhlükə saydı, Ararat (Vedi – red) rayonunun bizim olmadığını dedi, rusları düşmən saydı və türklərlə dost olmağımızın vacibliyini vurğuladı. Görünən odur ki, Ermənistan rəhbəri öz siyasətini həyata keçirmək üzrədir”.

“Bəli, Paşinyan Ermənistanı KTMT və Aİİ-dən çıxaracaq, rus hərbi bazasını və sərhədçilərini mütləq ölkədən qovacaq. Nikol bizi aciz, ayaqyalın və çarəsiz qoyacaq. Onun siyasəti məhz buna hesablanıb. O, bütün bunları ardıcıl şəkildə həyata keçirir”, – deyə Sevak Akopyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az