Nikah və boşanma ilə bağlı son statistika

 

2022-ci ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51870 nikaha daxilolma və 13139 boşanma halları qeydə alınıb.

Globalinfo.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,2-yə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.