Nəzir qutusundan pul oğurlamaq: islam dini nə buyurur?

Yasamal rayonunda məsciddə nəzir qutularından 13 min manatdan artıq pul oğurlanması ictimaiyyətdə müzakirələrə səbəb olub. İnsanların bir qismi oğurluğu pisləsə də, digərləri bunun günah olmadığını bildirirlər.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan “Əbu Bəkr” məscidinin imam camaatı Hacı Qamət Süleymanov bu addımın günah olduğunu bildirib:

“Şərt deyil ki, pulu nəzir qutusundan və ya başqa yerdən götürəsən. Haradan götürülməsinə baxmayaraq, oğurluq haramdır! Bu adam oğrudur. Allahdan qorxmayan insanlardır”.

Qeyd edək ki, oğurluqda şübhəli bilinən 34 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb.

Zaira Akifqızı
Globalinfo.az