moskva 12

Kremlin mətbuat katibi Dmitri Peskov “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı iddialara münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, Kremlin sözçüsü məsələyə erkən şərh verməyin doğru olmadığını deyib.

“Araşdırma başa çatana kimi qəza ilə bağlı irəli sürülən fərziyyələrə münasibət bildirmək düzgün deyil. Biz tədqiqatın sonuna qədər gözləməliyik”, – Peskov bildirib.

Qeyd edək ki, dekabrın 25-də “Embraer” 190 sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. Qəzanın kənar müdaxilə nəticəsində baş verdiyinə dair iddialar səsləndirilir.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: