Erdogan

ABŞ və İsrailin Tehrana qarşı genişmiqyaslı hava zərbələrinə başlamasından sonra İraqın şimalındakı kürd qruplaşmalarının Qərbi İranda hücum edərək bəzi yaşayış məntəqələrini ələ keçirəcəyi barədə məlumatlar yayıldı. ABŞ Prezidenti Donald Tramp da kürdlərin İrana qarşı quru əməliyyatına başlayacağını və onlara silah göndərildiyini bildirdi. Lakin sonradan bu planların Türkiyənin etirazı səbəbindən təxirə salındığı iddia olundu.

Globalinfo.az xəbər verir ki, bu yaxınlarda “Yedioth Ahronot” qəzeti yazıb ki, Mossad İranda təsiri zəiflətmək məqsədilə Qəzzada Hamas və Livanda “Hizbullah”dan ələ keçirilən silahları kürd qruplaşmalarına ötürüb.

Məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əvvəlcə bu təşəbbüsdə iştirak etsə də, daha sonra Trampın göstərişi ilə geri çəkilib.

İsrail müxalifətinin lideri Yair Lapid isə bildirib ki, Baş nazir Benyamin Netanyahunun İrana qarşı “kürd planı” Türkiyə tərəfindən bloklanıb. Onun sözlərinə görə, Netanyahu Prezident Rəcəp Tayyip Ərdoğanın Vaşinqton üzərindəki təsirini düzgün qiymətləndirməyib. Lapid həmçinin Netanyahunun İran siyasətini uğursuz adlandırıb.

Xatırladaq ki, müharibənin ilk günlərində İran qüvvələri İraqın şimalındakı kürd bazalarına raket və pilotsuz uçuş aparatları ilə intensiv zərbələr endirmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: