Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin sürətlə böyüyən yerli sosial media platforması “NEXT Sosyal” şəbəkəsində ilk paylaşımını edib.
Globalinfo.az xəbər verir ki, Prezident paylaşımında 1999-cu ildə səsləndirdiyi, şair Erdem Bayazıtın “Bir azdan gün doğacaq” şeirindən “Beton divarlar arasında çiçək açdı” misrasını yazıb və “Hazırsınız?” sualını verib.
Dövlət başçısı paylaşımına “Başlayırıq” həştəqi ilə yanaşı Türkiyə bayrağı, dünya və kosmik gəmi işarələri də əlavə edib.