“İsrail Baş naziri Benyamin Netanyahu seçkilər ərəfəsində Suriya ilə bağlı yeni hərbi plan üzərində çalışır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, İsrail Ankara ilə Suriya ərazisindəki hərbi təsir zonalarının bölüşdürülməsini nəzərdə tutan təkliflə çıxış edib.
Bu təklifin Türkiyəyə bir vasitəçi ölkə üzərindən çatdırıldığı vurğulanıb.
Kulis məlumatlarına əsasən, Ankara İsrailin bu təşəbbüsünü qəti şəkildə rədd edib.
İddialara görə, tərəflərin Suriyadakı hərbi mövcudluq və təsir imkanlarının sərhədləri ilə bağlı mövqeləri ciddi şəkildə fərqlənir.
Safura Bənnayeva
Globalinfo.az