“Fransa Prezidenti Emmanuel Makron digər Avropa liderlərini qabaqlamaq, təşəbbüsü ələ almaq üçün Rusiya Prezidenti Vladimir Putinə təcili telefonla zəng edib”.
Globalinfo.az xəbər verir ki, bunu kiprli jurnalist Aleks Kristofor deyib.
“O, hamıdan əvvəl Putinlə danışmaq istəyən şəxs olmaq niyyətində idi. Digər tərəfdən, başqa Avropa liderlərindən bu addımı gözləmirdi. Lakin Böyük Britaniyanın Baş naziri Kir Starmer, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen və Avropa diplomatiyasının rəhbəri Kaja Kallas da Rusiya prezidentinə zəng edə bilərdi. Makronun başqa yolu yox idi”, – deyə o bildirib.
Qeyd edək ki, Putin və Makron ötən çərşənbə axşamı telefonla danışıblar. Söhbət iki saata yaxın davam edib. Ölkə liderləri Ukrayna böhranı, Yaxın Şərqdəki vəziyyət, İranın nüvə proqramı və digər məsələləri müzakirə ediblər. Danışıqlar zamanı gələcək şəxsi təmaslar barədə razılıq əldə olunub.
Əliyar Xəlil
Globalinfo.az