Nensi Pelosi Ermənistana səfər edəcəyini təsdiqlədi

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edəcəyi xəbərini təsdiqləyib.

Globalinfo.az bildirir ki, APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Pelosi Almaniyada G7 ölkələrinin parlament sədrlərinin iclası çərçivəsində mətbuat konfransında deyib.

O, bu səfərin artıq ictimailəşməsindən xəbərsiz olduğunu bildirib.

“Mən səfər planlarımın artıq ictimaiyyətə açıqlanmış olmasından xəbərsiz idim. Sabah Ermənistana səfər edəcəyəm”, – o bildirib.

O qeyd edib ki, Ermənistan tərəfdən səfərlə bağlı dəvət xeyli müddət əvvəl alınıb. Pelosi ilə birlikdə Ermənistana Nümayəndələr Palatasının Demokrat Partiyasının Kaliforniya ştatından üzvü Ceksi Spir də səfər edəcək.