Nənəsinin pensiyasına göz dikən nəvə bu yola əl atdı

Lənkəran sakini ölən nənəsinin pensiyasını almaq üçün onun ölüm tarixini saxtalaşdırıb.

Lənkəran rayon prokurorluğundan Globalinfo.az-a verilən məlumata görə, 1932-ci il təvəllüdlü Rəvayət Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6674 manat təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarıb. Bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkaran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə alıb.

Fakta görə cinayət işi başlanıb. İstintaq davam etdirilir.