Neftçalada 42 yaşlı qadına daş və taxta ilə hücum edildi

Neftçala rayonunda quldurluq hadisəsi baş verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, yanvarın 9-da saat 15:00 radələrində naməlum şəxs Bankə qəsəbəsində küçə ilə gedən 1980-ci il təvəllüdlü Elza Tarverdi qızı İbrahimovaya hücum edib. Həmin şəxs qadının başına daş və taxta ilə zərbələr endirərək əl çantasını zorla alıb, daha sonra qaçaraq uzaqlaşıb.

Müxtəlif dərəcəli xəsarətlər alan qadının çantasında 37 manat pul, mobil telefon, dərman preparatları, bank kartları və sənədlər olub.

O, hadisə barədə polisə məlumat verib.

Faktla bağlı Neftçala RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Zaira Akifqızı
Globalinfo.az