Nazirlik xaricdə təhsil alanların xərcləri ilə bağlı məsələyə aydınlıq gətirdi

“Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təhsil xərcləri ən geci gələn həftə hesablara köçürüləcək”.

Globalinfo.az bildirir ki, bunu APA-ya açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

O bildirib ki, Nazirlik məsələdən xəbərdardır:

“Köçürmələr bir sıra sənədlərin çatışmazlığı, eyni zamanda viza problemləri səbəbindən gecikib. Problem ən qısa zamanda aradan qaldırılacaq”.