Nazirlik şəhid hərbçi ilə bağlı məlumat yaydı – FOTO

Dekabrın 14-ü saat 18:00 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğlu şəhid olub.

Globalinfo.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Kəlbəcərdə minaya düşərək şəhid olan hərbçi sabah Tovuzda dəfn olunacaq. 1984-cü il təvəllüdlü şəhid gizir Hümbətov Zöhrab Məmməd oğlu Tovuz rayon sakinidir. Onun ailəsi rayonun Aşağı Quşçu kəndində yaşayır. O, 10 ildən çox idi hərbçi idi. Şəhidin 3 övladı var.