“Nazir Sahil Babayev əsirlikdən gələn Hüseynlə Aqşinə ev versin” – ÇAĞIRIŞ

BAXCP sədrinin müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı özünün sosial şəbəkə səhifələrində əsirlikdən azad olunan iki hərbiçimizin evlə təmin olunmasına dair çağırış edib.

Globalinfo.az bildirir ki, onun sözlərinə görə, hər iki hərbiçimizin azad olunması çox sevincli bir hadisədir:

“İlk olaraq bildirmək istəyirəm ki, Ali Baş Komandan İlham Əliyev xalqımıza bir daha sevinc bəxş etdi. Hər iki hərbçimizə ağır cəza verilmişdi. Yüz minlərlə, hətta deyərdim milyonlarla insanımızın Hüseynlə Aqşinin azad olunmasını böyük çoşqu ilə qarşıladı və əsir hərbçilərimizin ailə üzvləri, anaları, valideyinləri ilə görüşünü bütün televizyalarımız, internet kanallarımız, Tik-Tokun ən məşhur səhifələri canlı yayınladı. Hamımız qürur hissi keçirdirdik. İlham Əliyev bir daha sübut etdi ki, bir əsgərimiz min erməni əsgərindən üstündür. Dünənki canlı yayında hamımız həm də ona şahidlik etdik ki hər iki ailə çox kasıbdır. Onların mənzil şəraiti ağır durumdadır. Hətta Hüseyinin atasının olmamasını və uzun illərdi ailəni xəstə anası saxladığını eşitdik.

Niyaməddin Orduxanlı

Bu səbəbdən də mən bütün sosial şəbəkə səhifələrimdə nazir Sahil Babayevə çağrış etdim ki, əsirlikdən qayıtmış hər iki əsirimizə ev verilsin. Bu statusuma on minlərlə insan dəstək verməkdədir. Bir saat keçməmiş Tik-Tok səhifəmdəki statusum elə Tik-Tokun öz tərəfindən kəşfetə düşdü və hər dəqiqə yüzlərlə insan doğru bir çağrış olduğunu yazmaqdadır. İstənilən adam girib Niyameddin Orduxanlı səhifəsindən tanış ola bilər. Söhbət mənim statusumdan getmir, ola bilər ki, elə Sahil müəllimin özü də ailənin evlə təmin olunmasını düşünür. Cənab Prezident İlham Əliyevin və hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım hər zaman Qarabağda şəhid olan ailələrinə, qazilərimizə və veteranlarımıza xüsusi diqqət ayırır. Bunu hamımız görürür. Çox inanıram ki, dövlətimiz 8 ay əsrilikdə qalan və zülmlər çəkmiş əsgərlərimizə diqqətini və qayğısını sosial təminatında da əsirgəmiyəcək”.