Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanların siyahısı açıqlanıb.
Bu barədə Globalinfo.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, məhərrəmlik dönəmində önəmli tədbirlərdən biri Aşura günü Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. İnşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək məscid və ziyarətgahlarda, Respublika Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar.
| S/n | Şəhər, rayon | Qanvermə aksiyasının keçirildiyi yer |
| 1 | Xəzər | Mirmövsüm Ağa Ziyarətgahı |
| 2 | Nəsimi | Əjdərbəy məscidi (Göy məscid) |
| 3 | Nizami | “Sahib-əz-Zaman” məscidi |
| “Şah Abbas” məscidi | ||
| 4 | Səbail | “Bibiheybət” məscid ziyarətgahı |
| 5 | Sabunçu | “İmam-Rza” məscidi |
| 6 | Suraxanı | “Qaraçuxur” məscidi |
| 7 | Yasamal | “Təzə Pir” məscidi |
| İlahiyyat İnstitutu | ||
| 8 | Binəqədi | Came məscidi |
| “İmam Əli” məscidi | ||
| 9 | Gəncə | “İmamzadə” məscid ziyarətgah kompleksi |
| 10 | Lənkəran | Mərkəzi Qan Bankının Lənkəran bölməsi |
| 11 | Mingəçevir | “Heydər” məscidi |
| 12 | Sumqayıt | “Cümə” məscidi |
| 13 | Şəki | “İmam Əli” məscidi |
| 14 | Şirvan | Şirvan şəhər məscidi |
| 15 | Bərdə | “İmamzadə” ziyarətgah məscidi |
| 16 | Quba | Mərkəzi Qan Bankının Quba bölməsi |
| 17 | Masallı | “Cümə” məscidi |
| Masallı r-n Boradigah qəsəbə xəstəxanası | ||
| 18 | Göyçay | “Əbülfəzlil Abbas” məscidi |
| 19 | Xaçmaz | Rayon Mərkəzi Xəstəxanası |
| 20 | Salyan | “Hacı Tağı” məscidi |
| 21 | Şuşa | “Yuxarı Gövhər ağa” məscidi |
| 22 | Ağdam | Ağdam şəhər “Cümə” məscidi |
| 23 | Naxçıvan şəhəri | “Heydər” məscidi |
| Sarvanlar məscidi | ||
| Pirqəmiş məscidi | ||
| 24 | Babək | Mərkəzi Rayon Xəstəxanası |
| Qahab, Cəhri və Nehrəm kənd həkim məntəqələri | ||
| 25 | Ordubad | Rayon Mərkəzi Xəstəxanası |
| 26 | Culfa | Rayon Mərkəzi Xəstəxanası |
| Bənəniyar kənd həkim məntəqəsi | ||
| 27 | Şahbuz | Rayon Mərkəzi Xəstəxanası |
| 28 | Kəngərli | Rayon Mərkəzi Xəstəxanası |
| 29 | Sədərək | Rayon Mərkəzi Xəstəxanası |
| 30 | Şərur | Rayon Mərkəzi Xəstəxanası |