Naxçıvan bazarında narazılıq: satıcılar icarə haqqına etiraz edir – VİDEO

Yuxulayan satıcılar, çayla canını isidənlər və boş vaxtı telefonda oyun oynamaqla keçirənlər… Müştərisiz bazarda alıcı gözləmək, şam işığında iynə axtarmağa bənzəyir.

20 ildən çoxdur “Cahan” Ticarət Mərkəzində çalışanlar piştaxtanın əhatələdiyi yerə görə aylıq 150 manat ödəməli olurlar. Satıcılar alıcıları olmayan bu bazarda yer pulunu borc-xərclə ödəyirlər. Alıcıların çox vaxt heç 1 kq da məhsul almadığı bildirilir. Ticarətçilər deyir ki, alıcı qıtlığının bir səbəbi də bazarın girişində meyvə-tərəvəz məhsullarının satılmasına icazə verilməsidir.

“Cahan” Ticarət Mərkəzində çalışanlar ötən həftə yer pullarının azaldılması üçün etiraz aksiyası keçirib. Onlar Ali Məclisə qədər gedib, şikayətlərini yeni sədr Fuad Nəcəfliyə şəxsən çatdırıblar.

Satıcılar  ayın başı çatan kimi yerpulu yığan polisin gözətçi ilə birgə gələrək 150 manat tələb etdiyini, əks halda bağlayacağını bildirdini deyirlər.

Globalinfo.az MeydanTV-nin “Cahan” Ticarət Mərkəzindən hazırladığı videosüjeti təqdim edir: