Navalnının arvadı ilə görüşən Bayden sanksiya qərarı verdi

Bayden Navalnının arvadı ilə görüşdükdən sonra Rusiyaya qarşı yeni sanksiyalar qərarı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Görüş San-Fransiskoda baş tutub. Navalnının qızı Daria Navalnaya da görüşdə iştirak edib.

Bayden Navalnının vəfatı ilə əlaqədar onlara başsağlığı verib.

Bundan əlavə, ABŞ Prezidenti Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağının anonsunu edib.

Əliyar Xəlil
Globalinfo.az