NATO-nun Beynəlxalq Hərbi Qərargah rəisi, general-leytenant Yanuş Adamçakın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 3-də Ermənistana səfər edib.
Globalinfo.az xəbər verir ki, səfər çərçivəsində NATO rəsmiləri ilə Ermənistanın müdafiə nazirinin birinci müavini Levon Ayvazyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Eduard Arsyanın iştirakı ilə ikitərəfli görüş keçirilib.
Görüş zamanı NATO-Ermənistan münasibətləri, əlaqələrin inkişafı müzakirə olunub.
Ermənistan tərəfi orduda aparılan islahatlarla bağlı alyans rəsmilərini məlumatlandırıb. Həmçinin regional təhlükəsizlik məsələsindən danışılıb və beynəlxalq hərbi-siyasi hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
Əliyar Xəlil
Globalinfo.az