“Rumıniya sakinlərinin təxminən 60 faizi Rusiyanın hücumu riskinin olduğuna inanmır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Avangarde” şirkətinin keçirdiyi sorğuya istinadən məlumat yayıb.
Bildirilib ki, tədqiqat oktyabrın 6-dan 10-dək telefon sorğusu vasitəsilə aparılıb. Burada 920 nəfər iştirak edib.
Sorğu nəticəsində məlum olub ki, respondentlərin 42%-i belə bir hadisənin baş vermə riskinin hazırda son dərəcə aşağı olduğunu düşünür:
“16%-i isə riskin çox aşağı və ya mövcud olmadığını düşünür. 4% riskin çox yüksək olduğuna inanır, sakinlərin 29% isə ehtimalın sadəcə yüksək olduğunu bildirib. Bundan əlavə, respondentlərin təxminən 9%-i bu suala cavab verməkdən imtina edib”.
Əliyar Xəlil
Globalinfo.az