ABŞ Prezidenti Donald Tramp İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin təhdidlərinə laqeyd yanaşdığını deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “CBS News”a verdiyi müsahibədə danışıb.
Dövlət başçısı Laricaninin “Tramp ABŞ və İsrailin İslam Respublikasına hücumlarının bədəlini ödəməli olacaq”, cümləsinə münasibət bildirib:
“Onun nədən danışdığı və ya kim olduğu barədə heç bir fikrim yoxdur. Mənim vecimə də deyil. Deyəsən, Laricani artıq məğlubiyyətə uğradığına inanır”.
Əliyar Xəlil
Globalinfo.az