
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra çıxışı zamanı danışıb.
“2026 NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində NATO liderlərini paytaxtımız Ankarada qəbul edəcəyik və bu, çox mühüm qərarların verilməsi üçün zəmin yaradacaq”, – deyə o vurğulayıb.
Xatırladaq ki, bu il NATO sammiti Niderlandın Haaqa şəhərində keçirilib. 2027-ci ildə isə bu tədbirə Albaniya ev sahibliyi edəcək.
Aysel Əliyeva
Globalinfo.az