NATO hava hücumundan müdafiə hazırlığına başlayır

NATO sentyabrın 30-dan oktyabrın 11-dək Peloponnes yarımadasının qərbində “Ramstein Flag 24” adlı hərbi təlimlər keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə UK Defence Journal onlayn nəşri məlumat yayıb.

Manevrlər 13 müttəfiq ölkə arasında hava, dəniz və qurudan müdafiə taktikasını təkmilləşdirmək məqsədi daşıyır. Onlara qırıcılar, quru qoşunları, dəniz qüvvələri və xüsusi təyinatlılar daxil olmaqla 140-dan çox təyyarə cəlb olunacaq. Təlim yüksək texnoloji taktiki hava hücumundan müdafiəni sınaqdan keçirmək və raketdən müdafiə strategiyasını təkmilləşdirmək üçün keçirilir.