Antalyada daşqından əvvəl yaranan vahiməli görüntü – VİDEO

Türkiyənin Antalya şəhərində ötən gün başlayan sel daşqınından əvvəl güclü ildırım çaxıb.

Globalinfo.az xəbər verir ki, ildırım maşınların arasına düşüb.

Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilib.

Qeyd edək ki, Antalyada ötən gün gecə saatlarında güclənən leysan bir çox bölgədə daşqınlara səbəb olub. Nəticədə küçələri su basıb, maşınlar su altında qalıblar. Bir nəfər ölüb. Məktəblərdə bir günlük tətil elan edilib.