“NATO daxilində Avropa və ABŞ-ın Rusiya ilə münasibətlərdə fərqli mövqeləri səbəbindən fikir ayrılıqları yaranıb”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Alyansın baş katibi Mark Ruttenin avropalıların müharibəyə hazırlaşmalı olduqları barədə açıqlamasına münasibət bildirən Orban ABŞ-ın əks ritorika tutduğunu vurğulayıb.
“ABŞ sülh, Avropa isə müharibə istəyir”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az