Namiq Həsənovun vəzifəsini o icra edir

hesenov

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının işdən çıxarılan direktoru Namiq Həsənovun direktor vəzifəsi müvəqqəti olaraq Tərlan Balışova həvalə olunub.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib. Qeyd olunub ki, T.Balışov bu vəzifəyə qədər rayon xəstəxanasında İnfeksion şöbənin müdiri kimi çalışıb.

Qeyd edək ki, N.Həsənov bu vəzifəyə ötən ilin fevral ayında təyinat almışdı.