
Ramazan ayında oruc tutanların şirniyyata ehtiyacı arta bilər.
Globalinfo.az xəbər verir ki, bununla bağlı mütəxəssislər xəbərdarlıq edir.
Qeyd olunur ki, bədən uzun müddət ac qaldıqdan sonra qan şəkəri düşür.
Türkiyəli qidalanma məsələləri üzrə ekspert Fatma Gizem Bahadır bildirib ki, gün ərzində aşağı düşən qan şəkəri iftardan sonra sürətlə yüksəlməyə meyllidir:
“Bundan əlavə, sahurla iftar arasındakı dövrdə adekvat enerji və qida qəbuluna diqqət yetirilməsə, şiriniyyat istəkləri yarana bilər. Qarşısını almaq üçün balanslı qidalanmaq lazımdır. Tərkibində kompleks karbohidratlar və zülallar olan məhsullardan istifadə mütləqdir”.
Ekspert şirniyyat tələbatı ilə bağlı xəbərdarlıq da edib:
“Bu cür qidaları iftardan dərhal sonra deyil, 1-2 saat sonra istehlak etmək həzmi asanlaşdırır. Tərkibində həddindən artıq şəkər və yağ olan desertlərdən uzaq durmaq lazımdır. Daha çox südlü və ya meyvəli olanlara üstünlük verilməlidir”.
Günay Rəsulqızı
Globalinfo.az