Mühüm anons verildi: Rusiya bu savaşı uduzacaq – 3 səbəb

Rusiya Qərblə enerji savaşında qalib gələ bilməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fateh Birol deyib.

O, Rusiyanın məğlub olacağını üç səbəblə əlaqələndirib. Birola görə, müharibədən əvvəl Avropa Rusiyanın ixrac etdiyi qazın 75%-ni, neftinin isə 55%-ni alırdısa, indi Rusiya bu bazarı itirib:

“Asiya ölkələrinə qaz və neft tədarükünə Rusiya onlarla il və yeni boru kəmərləri üçün əhəmiyyətli vəsait xərcləməli olacaq. Rusiya qaz və nefti hətta dəniz yolu ilə də daşıya bilməz. Enerji resursları ilə dolu tanker Rusiyadan AB-yə 5 günə, Asiyaya isə 65-75 günə çatır. Rusiyanın enerji nəhənglərinə çoxlu sayda yeni texnologiyalar lazım olacaq ki, çətin neft və qaz yataqlarında geoloji işlər apara bilsinlər. Lakin müharibə və sanksiyalara görə Qərb texnologiya şirkətlərinin çoxu Rusiya bazarından gediblər. Bu, təkcə artımın yox, hətta hasilatın əvvəlki səviyyədə dəstəklənməsini çətinləşdirir”.

İlkin
Globalinfo.az