“Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilər öncəsi rəqiblərini sıradan çıxarmağa çalışır”.
Globalinfo.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
Medvedev bildirib ki, Paşinyan siyasi rəqiblərindən qurtulmağa çalışır:
“Ermənistanda keçirilən seçkiləri legitim hesab etmək olmaz, çünki indiki baş nazir rəqiblərini siyasi prosesdən uzaqlaşdırmağa cəhd edir. Belə seçkilərin keçirilməsini heç Vaşinqton və Brüsseldə də qəbul etməyəcək”.