Müharibədən narahatıq, manevr ehtimalı azdır – Paşinyan

“Ukraynadakı müharibədə Rusiya ilə müttəfiq deyilik”.

Globalinfo.az xəbər verir ki, bunu “CNN Prima nyus”a müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bizim mövcud müharibədən, konfliktdən narahatıq. Ona görə ki, bu birbaşa bizim bütün münasibətlərimizə təsir edir”, – o bildirib.

Paşinyan artıq Qərbin də bunu anladığını deyib:

“Bütün bu toqquşmalar arasında manevr etmək variantı olduğu təxmin edilir, amma həqiqət budur ki, situasiya nə qədər çətindirsə, manevr etmək ehtimalı da o qədər azdır. Biz bundan situasiya ilə bağlı yanaşmamız olmadığına görə qaçmırıq, sadəcə, qayğılarımız imkan vermir ki, həmin problemlərin həllinə daha çox cəlb edilək”.

İlkin Həsənov
Globalinfo.az