“Davamlı olaraq Ermənistanı Azərbaycanla müharibəyə mənim sürüklədiyimi iddia edirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, müxalifətin ittihamlarına münasibət bildirib:
“Əgər bunu mən etmişəmsə, o zaman 2018-ci ilə kimi 18 yaşlı əsgərimizin Ermənistan Respublikasının sərhədlərindən kənarda nə işi vardı? Üstəlik onlar sizin nə övladlarınız, nə də nəvələrinizdir. Niyə öz nəvələrinizi o “sülh” bölgəsinə göndərmirdiniz? Cavab verin, övladlarınız o vaxt harada idilər?”
Əliyar Xəlil
Globalinfo.az