İran ərazisində davam edən hərbi əməliyyatlar zamanı ABŞ hərbçiləri arasında itkilərin artdığı bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Məlumata görə, döyüşlər zamanı azı 303 ABŞ hərbçisi xəsarət alıb.
Qeyd olunur ki, yaralananlardan 273 nəfəri artıq yenidən xidmətə qayıdıb, 10 hərbçinin vəziyyəti isə ağır qiymətləndirilir. Ən çox rast gəlinən xəsarətlər arasında kəllə-beyin travmaları üstünlük təşkil edir.
Rəsmi şəxslərin sözlərinə görə, xəsarətlər əsasən İran tərəfindən həyata keçirilən birtərəfli hücumlar, PUA zərbələri və partlayıcı qurğular nəticəsində baş verib.
“CNN” telekanalı Mərkəzi Komandanlığın nümayəndəsinə istinadən bildirib ki, ümumi zərərçəkənlərin sayı 290, həlak olan hərbçilərin sayı isə 13 nəfərdir.
Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır və itkilərlə bağlı rəqəmlərin dəyişəcəyi istisna edilmir.
Əliyar Xəlil