zamiq

Tanınmış müğənni Zamiq Hüseynov ölüm xəbəri yayılan aktyor dostu Azər Baxşəliyevdən yazıb.

Globalinfo.az xəbər verir ki, o, İnstaqramda bu barədə paylaşım edib.

“Nə yazım, nə deyim? Ən pozitiv insanı itirdik deyim? Ən yaxın dostumu itirdim deyim? Biz dünyanın ən gözəl insanını itirdik. Dilim gəlməsə də, deməyə, həyat belə vəfasızdır, məcbur edir, qardaş. Allah sənə rəhmət eləsin!” – Z.Hüseynov qeyd edib.

Aktyorun digər dostları da bənzər paylaşımlar edirlər.

Xatırladaq ki, A.Baxşəliyevin müalicə aldığı xəstəxana onun ölüm xəbərini təkzib edib. Bildirilib ki, aktyor komadadır.

Paylaş: