Müəmmalı ölümlər: Çin mühüm alimlərini itirir

Çində koronavirus məhdudiyyətlərinin ləğvindən sonra ölkənin aparıcı alimləri arasında ölüm halları artıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “South China Morning Post” qəzeti yayıb.

Məlumata görə, təkcə Çinin Mühəndis Akademiyasının 20 üzvü bir ayın içindən həyatını itirib ki, bu da normal göstəricilərdən çoxdur.

Qeyd edək ki, Çin Mühəndislik Akademiyası ölkənin ən prestijli akademik müəssisələrindən biridir. Buranın 900 nəfər üzvü var. Akademiyanın alimləri Çinin bütün meqalayihələrinin hazırlanması və tikintisində iştirak ediblər.

Aqşin
Globalinfo.az