Müdafiə və milli təhlükəsizliyə ayrılacaq vəsait açıqlandı

Azərbaycanda 2025-ci ildə müdafiə və milli təhlükəsizlik üzrə xərclərə ayrılması proqnozlaşdırılan vəsait açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6,658.3 milyon manat ayrılması proqnozlaşdırılır ki, bunun da 2025-ci il dövlət büdcəsinin xərcləri hissəsində xüsusi çəkisi 16,8 faiz təşkil edəcək.

Büdcədən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3,207.7 milyon manat ayrılması proqnozlaşdırılır ki, bunun da büdcə xərclərində xüsusi çəkisi 8,1 faiz olacaq.