Dünyanın ikinci güclü ordusu dəyişəcək: Rusiyanın sonu necə olacaq?

“Dünyanın ikinci ordusu indi Ukrayna olacaq. Rusiya ilk onluğun sonlarına düşəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Litvanın müdafiə naziri Arvidas Anuşauskas deyib.

O bildirib ki, Rusiya qoşunlarının ayrı-ayrı birləşmələrinin aşağı döyüş hazırlığı onu təəccübləndirib.

“Bu, korrupsiyalaşmış cəmiyyət, dövlət və silahlı qüvvələrdir. Demək olar ki, bütün strateji rezervləri oğurlayıblar”, – deyə o bildirib.

Müdafiə naziri bildirib ki, Rusiya vəziyyətini yaxşılaşdırmaq üçün aqressiv xarici siyasət və aqresiv siyasi rəhbərlikdək yaxa qurtarmalıdır.

İntiqam Əhmədov
Globalinfo.az