Moskvaya dron hücumu: Rusiya MN məlumat yaydı

Rusiyanın paytaxtı Moskvaya doğru uçan dron vurulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

“İlkin məlumatlara görə, qalıqların düşdüyü yerdə dağıntı və tələfat yoxdur. Hadisə yerində fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir”, – o, kanalında qeyd edib.

Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib. Qurum əlavə edib ki, hücum 10:15 (Bakı vaxtı ilə 11:15) radələrində baş verib.

Həmin gün səhər saatlarında Domodedovoda iki, Ramenski və Stupino şəhər dairələrinin hər birində isə bir dron vurulub.