vik

Rusiya tərəfi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı qərar verməsini gözləyir”.

Globalinfo.az xəbər verir ki, bunu KTMT-də Rusiyanın daimi nümayəndəsi Viktor Vasilyev “RİA Novosti”yə bildirib.

Ermənistan tərəfdən hansı addımların gözlənildiyi ilə bağlı suala cavab verən Vasilyev belə deyib:

“Onlar təşkilatda qalacaqlarmı, yoxsa başqa ssenariyə üstünlük verəcəklər – bununla bağlı qərar verməlidirlər. Bu barədə bizə məlumat verməlidirlər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: