
Rusiyanın paytaxtı Moskva şəhərində raket təhlükəsi elan edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə region üzrə Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması üzrə Vahid Dövlət Sistemi məlumat yayıb.
Sakinlərə evdə qalmaları, pəncərələrə yaxınlaşmamaları və mümkün olduqda sığınacaqlara enmələri tövsiyə edilib.
Məlumatda bildirilir ki, küçədə və ya nəqliyyat vasitəsində olan şəxslər yaxınlıqdakı bina, yeraltı keçid və ya parkinqə sığınmalıdırlar.
Həmçinin qeyd olunub ki, bölgədə mobil internetin fəaliyyətində müvəqqəti fasilələr yarana bilər.
Əliyar Xəlil
Globalinfo.az