Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi Moskvaya doğru uçan Ukrayna Silahlı Qüvvələrinə məxsus daha bir pilotsuz təyyarəni məhv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin mesajlaşma tətbiqindəki “Max” kanalında bildirib. Onun sözlərinə görə, qəza yerinə təcili yardım xidmətlərinin mütəxəssisləri cəlb olunub.
Bundan bir müddət əvvəl Sobyanin Moskvaya yaxınlaşarkən daha iki dronun vurulduğunu açıqlayıb.
Tahir Turan
Globalinfo.az