“Rusiya Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma normaları və Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları arasında ziddiyyətləri qeyd edən məktub hazırlayır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirin müavini Aleksey Overçuk deyib.
“Mən həmkarım Mher Gerbertoviçə ünvanlanmış məktubu imzalamağa hazırlaşıram. Fikrimizcə, bu hərəkətlər Avrasiya İqtisadi İttifaqının normalarına ziddir. Biz müvafiq tədbirlərin tətbiqi məsələsinə də baxacağıq.
Ermənistanda bu istiqamətdə gedən prosesləri diqqətlə izləyirik. Baş nazir Nikol Paşinyan da təsdiqləyib ki, İrəvanın hər iki qurumda eyni vaxtda mövcudluğu mümkün deyil”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az