Moldovaya raket atıldı

Moldova sərhədçiləri ölkənin şimalında – Briçan rayonunda raket qalıqları aşkar edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

“Bu gün sərhəd polisi patrul xidməti zamanı Larqa sərhədyanı məntəqəsində raket qalıqları aşkar edib”, – deyə bildirilib.

Nazirlik Ukrayna ilə sərhəd bölgəsində polis patrullarının sayının artırıldığını elan edib.