Mirzoyanla Abdullahian görüşdü – Nə danışıblar?

Tehranda səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə tərəflər ikitərəfli münasibətlər, əməkdaşlığın inkişafı, ən mühüm regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Görüşün nəticəsi ilə bağlı xarici işlər nazirlərinin mətbuat konfransında bəyanatla çıxış edəcəkləri bildirilib.

Qeyd edək ki, Ararat Mirzoyan Ermənistan XİN-in bir qrup nümayəndəsilə İrana rəsmi səfər edib.

Ayşən Mustafa
Globalinfo.az