WhatsApp Image 2024 02 28 at 14.13.33

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qırğızıstana səfər etmək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə Mirzoyan qırğızıstanlı həmkarı Jeenbek Kulubayevlə İrəvanda birgə mətbuat konfransında deyib.

“Nazir Kulubayev məni dəvət etdi, mən dəvəti məmnuniyyətlə qəbul etdim”, – Mirzoyan bildirib.

Onun sözlərinə görə, ən yüksək səviyyədə qarşılıqlı səfərlər də nəzərdə tutulub.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: