Ermənistan və Fransa xarici işlər nazirləri arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər gündəlikdə duran məsələləri müzakirə ediblər.
Ararat Mirzoyan və Jan-Noel Barro iki ölkə arasında tərəfdaşlığın bütün istiqamətlərdə sıx qarşılıqlı əməkdaşlıq vasitəsilə daha da dərinləşdirildiyini bildiriblər.
Həmçinin regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az