6a93c72a22a156a93c72a22a1617880696746a93c72a22a126a93c72a22a14

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin xarici dövlətlərdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərləri ilə birlikdə ErmənistanTürkiyə sərhədindəki “Marqara” keçid məntəqəsində olub.

Globalinfo.az xəbər verir ki, səfərin Ermənistan Xarici İşlər Nazirliyinin təşkil etdiyi illik seminar çərçivəsində keçirildiyi bildirilir.

Nümayəndə heyətinə sərhəd-keçid məntəqəsində aparılan yenilənmə işləri barədə məlumat verilib. Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan görülən təmir və texniki təchizat tədbirləri ilə bağlı təqdimat keçirib.

Akopyan məntəqənin fəaliyyətə başlaması üçün zəruri hazırlıq işlərinin tamamlandığını və obyektin istifadəyə hazır vəziyyətə gətirildiyini qeyd edib.

Paylaş: