sened 12

Bakı Dövlət Universitetinə (BDU) yeni prorektor təyin olunub.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə gətirilib. O, son təyinatadək BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Nəbi Ramazanlı işləyib. O, bir müddət əvvəl tutduğu postdan azad edilib.

Mirzə Mirzəyevə nazirlikdə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Paylaş: