“Minalar məntiqsiz və qeyri-peşəkar şəkildə yerləşdirilib” – Vüqar Süleymanov

0ce84ad5 113f 3a96 834c 356f2983fda6 850

Mina hadisələrinin əksəriyyəti keçmiş sərhəd xəttindən kənarda baş verir.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

“Mina partlayışlarının 70 faizinin keçmiş sərhəd xəttindən kənarda baş verməsi onu göstərir ki, minalar məntiqsiz və qeyri-peşəkar şəkildə yerləşdirilib. Bu səbəbdən, əməkdaşlar təmizləmə prosessinə həddindən artıq diqqətlə yanaşırlar.

Bu günədək 143 min hektardan çox ərazi minalardan təmizlənib. 124 mindən çox mina və partlamamış hərbi sursat isə zərərsizləşdirilib”, – o qeyd edib.