Telefon danışığı: Pentaqon rəhbəri Hulusi Akardan nə istəyib?

ABŞ Türkiyənin Suriyadakı yeni hərbi əməliyyatına qarşı çıxır.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Türkiyə müdafiə naziri Hulusi Akarla telefon danışığı zamanı deyib.

Pentaqonun yaydığı məlumatda Ostinin Türkiyənin Suriyaya bir müddət əvvəl endirdiyi aviazərbələrdən narahat olduğu vurğulanıb. Pentaqon şefi Türkiyənin zərbələrinin ABŞ hərbçilərinin təhlükəsizliyinə birbaşa təhdid yaratdığını söyləyib.

Bununla yanaşı, ABŞ müdafiə naziri son teraktlara görə Türkiyəyə başsağlığı verib.

Qeyd edək ki, bundan öncə Türkiyə rəhbərliyi Suriyadakı əməliyyatla, eləcə də PKK-ya dəstəklə bağlı dəfələrlə ABŞ-ni xəbərdar edib. Ankara Vaşinqtondan terror təşkilatına dəstək verməyi dayandırmağı tələb edib.

İlkin
Globainfo.az