metro yeni

Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb. Sərnişinlər qatarların 4 stansiyanı 35 dəqiqəyə getdiyini, hətta bəzi stansiyalarda 15 dəqiqəyə qədər dayandığını bildiriblər.

Globalinfo.az-ın xəbərinə görə, Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Axar.az-a açıqlamasında qatarların hərəkətindən hansısa nasazlığın olmadığını bildirib.

“Bəzi stansiyalarda sıxlıq səbəbilə tənzimləmələr hərəkət və sərnişin təhlükəsizliyi nəzərə alınaraq, təmin edilir”, – o əlavə edib.

Paylaş: