Messinin həyat yoldaşı oğlunun dəftərindəki yazını paylaşdı: “İstəyirəm ki…” – FOTO

Lionel Messinin böyük oğlu Tyaqo 2022-ci il dünya çempionatının finalı öncəsi atasına və Argentina millisinə müraciət edib.

Globalinfo.az xəbər verir ki, uşağın dəftərindən fotonu anası Antonella Rokutso sosial şəbəkələrdə paylaşıb.

Tyaqo Argentina rok qrupu “La Mosca”nın mahnısının sözlərini  özünəməxsus şəkildə dəyişərək yazıb:

“İndi yenə ümidimiz var. Mən üçüncü DÇ-ni qazanmağımızı istəyirəm. İstəyirəm ki, dünya çempionu olaq. Dieqo isə cənnətdə Lionelə azarkeşlik etsin”.

Qeyd edək ki, Argentina və Fransa arasındakı final oyunu dekabrın 18-də keçiriləcək.